Soçidə Türkiyə, Rusiya və İran Silahlı Qüvvələri baş qərargahları rəislərinin görüşü keçirilib

Soçidə TürkiyəRusiya və İran Silahlı Qüvvələri baş qərargahlarının rəislərinin görüşü keçirilib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər Suriyadakı təhlükəsizlik problemləri, terrorçu təşkilatlarla birgə mübarizə və s. məsələləri müzakirə ediblər.
Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya və bölgədəki vəziyyətlə bağlı üçtərəfli görüşü olacaq.