Myanmar və Banqladeş, arakan müsəlmanlarının ölkələrinə qaytarılması üçün anlaşma memorandumu imzalayıb.
Astarainfo.a-ın  Metbuat.az-a istinadən məlumatına görə, “Reuters”ə danışan Myanmar Miqrasiya Nazirliyinin müşaviri Myinq Kyainq deyib ki, “Bangladeş şəxsi məlumat formalarını bizə geri göndərən kimi, onları almağa hazırıq”.
Bu, ABŞ-ın Ankarada yaşanan hadisələri “etnik təmizləmə” adlandırmağından sonra baş verib. ABŞ xarici işlər naziri Reks Tillerson, arakanlı müsəlmanların məruz qaldığı şiddəti dünən ilk dəfə “etnik təmizləmə” adlandırıb, bu qırğınlara səbəb olan məsul şəxslərin mühakimə önünə çıxarılmalı olduğunu qeyd edib.
O, eyni zamanda şiddət törədən şəxslərə qarşı yeni sanksiyalar hazırladıqlarını qeyd edib. Tillerson, Arakanda baş verən etnik təmizləmənin planlı və mütəşəkkil şəkildə olduğunu vurğulayıb.
Qeyd edək ki, Banqladeş, 25 avqustdan bu yana sığınacaq üçün gələn 600 mindən çox arakanlı müsəlmanın geri dönməli olduğunu bildirib. Myanmar isə ölkədəki zülmdən qaçaraq Banqladeşə qaçan yüz minlərlə arakanlını vətəndaş kimi qəbul etmək istəmirdi.