Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda atışma olub, 2 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə rayon administrasiyasının rəhbəri Fərid Əhmədiv bildirib.
Ölənlərdən birinin rayon şurasının deputatı olduğu bildirilir.
Məlumata görə, insident nəticəsində daha 3 nəfər yaralanaraq  Dərbənd şəhər xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti orta ağırdır.
Atəş açanlardan biri saxlanılıb, iki nəfəri isə hadisə yerindən qaçıb.
Münaqişədə 8 nəfərin iştirak etdiyi bildirilir.