Çempionlar Liqasında “Qarabağ”ın “Chelsea”yə 0:4 məğlub olduğu matça hakim qərarları damğa vurub.
Portuqaliyalı hakim Manel De Souzanın Rəşad Sadıqova qırmızı vərəqə verdiyi epizod İngiltərə mətbuatının da gündəminə düşüb. Məşhur “The Sun” qəzeti ilk penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin isə yanlış verildiyini yazıb. Nəşr xəbərə “Çılğın qərar” başlığını verib və hakimin qərarına hətta “Çelsi” azarkeşlərinin də təəccübləndiyini vurğulayıb.
“Zadəganlar”ın azarkeşləri tvitterdə də eyni fikri paylaşıblar. Onların arasında tanınmış jurnalist Mazolo Malefe də yer alıb.