Dekabrın 1–də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə reallaşacaq konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədi daşıyır.
Konsertdə daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri çıxış edəcək.
Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...