Bakı-Qazax avtomobil yolunda baş vermiş qəza nəticəsində bir neçə nəfər xəsarət alıb – YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralananlardan ikisinin kimliyi məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alanlar – Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1991-ci il təvəllüdlü Salahov Kamran Şirzad oğlu və həmkəndlisi, 1985-ci il təvəllüdlü Namazov Vaqif Abbas oğludur. Daha bir yaralıya isə ambulator yardım gösətirilib.

Yaralılardan K.Salahovun vəziyyəti ağır, digər yaralının vəziyyəti isə qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.