İran prezidenti Həsən Ruhani Bəşər Əsədlə telefonla danışıb

İran prezidenti Həsən Ruhani suriyalı həmkarı Bəşər Əsədlə telefonla danışıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda İran prezidentinin mətbuat xidməti xəbər verib.
Danışıq zamanı Ruxani Soçidə keçirilən Rusiya, İran və Türkiyə prezidentlərinin Suriya üzrə görüşün yekunlarını müsbət qiymətləndirib.
Ruxani bildirib ki, İran terrorizmlə mübarizədə Dəməşqə dəstəyini davam etdirəcək.