Rusiya Federasiyasının Çuvaş Respublikasında ağır yol qəzası baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Opel” markalı mikroavtobusla “MAZ” markalı yük maşınının toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
İlkin versiyaya görə, qəzaya “Opel”ın idarəetməni itirərək qarşı zolağa çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.