Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamanı 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.APA
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...