Qubada maşın körpüdən çaya düşüb, 5 nəfər xəsarət alıb

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.
 Astarainfo.az APA-ya isinadən məlumat verir ki,  hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.
Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü – 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırmalar davam etdirilir.