Misirdə məsciddə törədilən terror aktı ilə əlaqədar Türkiyə hökuməti 27-i noyabrı matəm günü elan edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sabah ölkə ərazisində və xaricdəki diplomatik nümayəndəliklərdə Türkiyə bayraqları yarıya qədər endiriləcək.
Noyabrın 24-də Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində 305 nəfər ölüb. Ölkədə üç günlük matəm elan edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...