Bu ilin sentyabr ayında Türkiyə 3,680 mlrd. kubmetr təbii qaz idxal edib.
Astarainfo.az APA-ya istinadən məlumatına görə Türkiyənin Enerji Bazarının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur. Ötən ilin sentyabrında qardaş ölkə 3,007 mlrd. kubmetr qaz alıb.
Sentyabrda idxal olunan qazın 3,232 mlrd. kubmetri boru xətləri, 448 mln. kubmetri LNG təsisatları vasitəsilə nəql olunub.
Hesabat dövründə Türkiyə Rusiyadan 2,121 mlrd. kubmetr, Azərbaycandan 519 mln. kubmetr, İrandan isə 518 mln. kubmetr qaz alıb.
Ümumilikdə, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Türkiyəyə 4 mlrd. 792,850 mln. kubmetr qaz ixrac edib.
2016-cı ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmetr qaz ixrac edib.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...