Topaz Premyer Liqasında çıxış edən ən bahalı futbolçuların siyahısı müəyyənləşib. FaktXəbər-in verdiyi məlumata görə, Fanat.az “Transfermarkt”ın qiymətləndirməsinə istinadən xəbər verir ki, çempionatımızın ən dəyərli futbolçusu Pedro Enrikedi.
“Qarabağ”ın PAOK-dan icarəyə götürdyü braziliyalı futbolçuya 3 milyon avro qiymət qoyulub. 2-3-cü pillələrdə qərarlaşan futbolçuların qiyməti Pedronun dəyərinin yarısı qədərdi. Belə ki, “Qarabağ”ın “Olimpiakos”dan icarəyə götürdüyü Tarik Elyunussi və millimizin braziliyalı üzvü Riçard Almeydanın 1,5 milyon avro dəyəri var.
İlk “onluq”da milliləşdirilmiş Riçard nəzərə alınmasa yerli futbolçu yer almayıb. Ən bahalı futbolçumuz “Qarabağ”lı Bədavi Hüseynovdu ki, o da Mahaçqalada dünyaya gəlib və sonradan Azərbaycan pasportu alıb.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...