2017- ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408186,9 ton olmaqla 375321,6 min dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.
Astarainfo.az-ın XəzərXəbər-ə istinadən verdiyi məlumatına görə, bunu Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
C.Quliyev bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104479 min dollar və ya 38,6 % çoxdur.
O əlavə edib ki, pomidor və kartof ixracı 50 %-dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə , pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.