“Azərpoçt” MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb.
Astarainfo.az “APA-ya MMC-dəki mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb.
Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq baş direktorun müavini Sübhan Kazımova həvalə olunub.
“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova isə “APA-Economics”ə bildirib ki, Ü.Mansurov oktyabrın 16-dan öz xahişi ilə işdən ayrılıb. Qurum rəsmisi baş direktor vəzifəsinin müvəqqəti icrasının S.Kazımova həvalə olunduğunu da təsdiqləyib.
Xatırladaq ki, Ü.Mansurov “Azərpoçt” MMC-dən öncə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti sədrinin müavini olub.
Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.