Aparılan elmi araşdırmalar göstərir ki, ürəyi dayanan insandan da qısa müddətdə xüsusi bir texnologiya istifadə edilərək orqanları istifadə edilə biləcək.

Canlıdan ya da beyin ölümü keçirmiş şəxslərdən götürülən orqanların transplantasiya ehtiyacını qarşılaya bilməməsinə görə aparılan elmi işlər, ürəyi dayanan insandan da qısa müddətdə xüsusi texnologiya ilə orqanların alınmasını da təqdim etdi. Döyünməyən ürək donoru kimi adlandırılan üsulla ürək dayandığı üçün istifadə edilə bilməyən orqanlar, artıq bir başqasına həyat verə biləcək.

Astarainfo.az  deyerler.org-a istinadən bildirir ki, Barselonada təşkil edilən Avropa Orqan Nəqli Konqresində orqan nəqlinə bağlı çox sayda yeni işin ələ alındığı bildirildi.

Xəstəxana şərtlərində ürəyi dayanan və geri dönüşü mümkün olmayan insandan da orqan istifadəsinə imkan verən yeni elmi üsullar üzərində işlərin davam etdiyini izah edən mütəxəssislər belə dedi: “Orqan ehtiyacının qarşılana bilməsi üçün donor çərçivəsinin artırıla bilməsi üçün işlər görülür. Bu mövzudakı əhəmiyyətli üsullardan biri döyünməyən ürək donorudur. Bu sahədə icra edilən işlər, ürəyi dayanan kəslərdən alınan orqanlardan da beyin ölümü reallaşan kəslərdən təmin edilən orqanlar qədər müvəffəqiyyətli nəticələr alındığını aşkar etdi”.

Beyin ölümü reallaşan insanın da tibbi cəhətdən ölü qəbul edildiyini, ancaq orqanların ürəyi dayanmadan alındığını ifadə edən mütəxəssislər, bu üsulda isə ürəyi dayanan kəslərdən orqan alışının söz mövzusu olduğunu söylədi.

Üsul bəzi ölkələrdə tətbiq olunur. Konqresdə də döyünməyən ürək donoru üsulunu istifadə etməyə başlayan ölkələrin bunun qanunlarını necə təyin etdikləri, ölkələrin mədəni quruluşuna görə necə tətbiq etdikləri ələ alındı. Bu şəkildə alınacaq orqanların xüsusi bir texnika ilə canlandırılmasına bağlı üsul da izah edildi.