Meşə ərazisində qanunsuz və estetik tələblərə cavab verməyən bir neçə obyektin söküntüsünə başlanılıb.
Astarainfo.az Xezerxeber.az-a istinadən məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm ağacların qanunsuz kəsilməsi, həm də meşə fondu torpaqlarının istifadə vəziyyətini araşdırmaq məqsədilə 70 nəfərdən ibarət xüsusi komissiya yaradıb.
Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki, Quba rayonunda Quba-Qəçrəş yolunun kənarında meşə fondu torpağında yerləşən 9 obyektdə araşdırma başa çatdırılıb. Araşdırma zaman bu obyektlərdə bir sıra nöqsanlar ortaya çıxdığı üçün həmin obyektlərin söküntüsünə qarar verilib.
Araşdırma zamanı bu obyektlərdən formalaşan tullantı sularının təmizlənmədən birbaşa meşə sahəsinə axıdılması, ağacların qanunsuz olaraq kəsilməsi, məişət tullantılarının qalaqlanması faktları da aşkar edilib. Obyektlərdə olan bir sıra primitiv üsulla qanunsuz inşa edilmiş yardımçı tikililər, çardaqlar, köşklər və sanitar qovşaqlar sökülüb. Eyni zamanda, obyektlərin sahiblərinə ərazilərindəki digər tikililərin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib.
Nazirlik tərəfindən bu cür araşdırmalar digər bölgələrdə də davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: