Qəbələdə qəza olub, iki gənc ölüb, 8 nəfər xəsarət alıb – YENİLƏNİB

Qəbələdə iki minik avtomobilinin toqquşması nəticəsində 8 nəfərin xəsarət aldığı açıqlanıb.
Astarainfo.az APA– ya istinadən xəbərinə görə, ötən gecə saat 1:00 radələrində Oğuz-Qəbələ yolunda 90-NB-811 dövlət nömrə nişanlı, “Toyota Rav 4” markalı minik avtomobili ilə 66-BV-214 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində  “VAZ 2107”nin sürücüsü Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlu və sərnişini 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.
“Toyota Rav 4”ün sürücüsü, Bakının Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlu, onun Bakı sakinləri olan sərnişinləri – 1959-cu il təvəllüdlü Xəlilova İradə Abbas qızı, 1987-ci il təvəllüdlü Qasımov Orxan Vaqif oğlu, 1990-cı il təvəllüdlü Elşən Əhmədov, “VAZ 2107”də olan sərnişinlər, Qəbələ sakinləri – 1977-ci il təvəllüdlü Tərlan Alıcanov, 1991-ci il təvəllüdlü Rüstəm Mahmudov, 1997-ci il təvəllüdlü Hacı Hacıyev, 1997-ci il təvəllüdlü Rəvan Zərbəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili yardım stansiyasının avtomobilləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanası və Qəbələ Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar.
Hazırda onların vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
***
09:51
Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi “Toyota Rav 4” markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.  “Toyota”da olan 3 sərnişin isə xəsarət alıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.