Rusiyanın Azərbaycandakı səfiri vəzifədən azad olunub

Rusiya prezidenti Vladimir Putin Vladimir Doroxini Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Müvafiq fərman rəsmi hüquqi informasiya internet portalında dərc edilib.
Qeyd edək ki, V.Doroxin Rusiya prezidentinin 2009-cu il 24 fevral tarixli fərmanı ilə ölkəsinin Azərbaycandakı səfiri postuna təyin edilmişdi.Xezerxeber.az