Türkiyə ordusunun Suriyanın Afrin şəhərində əməliyyatı yaxın günlərdə başlaya bilər.
APA-nın “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli bəyan edib.
“Bu sabah və yaxud daha tez baş verə bilər”, jurnalistlərin suallarını cavablandıran nazir deyib.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrin şəhərində PKK terror təşkilatının Suriyadakı törəməsi olan “Demokratik İttifaq” (PYD) partiyasına qarşı əməliyyatın keçirilməsini istisna etməyib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...