Ağstada rayonunda yol kənarından yeni doğulmuş uşaq meyiti tapılıb.Astarainfo.az Lent.az -a istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Köçəsgər kəndi yaxınlığından keçən hissəsində, yol ayrıcının kənarındakı ağacların altından ağ mələfə ilə bükülmüş yeni doğulmuş körpə qızın meyiti tapılıb. Uşağın öldükdən sonra atılması və ya oraya qoyulandan sonra ölməsi hələlik tam dəqiqləşməyib.
Körpənin meyitini isə ərazidə yaşıllaşdırma ilə məşğul olan işçi tapıb. O, bu barədə hüquq-mühafizə orqanlarına dünən günortadan sonra məlumat verib.
Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatı Report yayıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...