Son üç ay ərzində Myanmardan Banqladeşə 620 mindən çox Rohinca müsəlmanı qaçıb.
Bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.
“Avqustun 25-dən etibarən Banqladeşə gələn Rohinca müsəlmanlarının sayı 624 minə çatıb”, deyə S.Düjarrik bildirib. Onun sözlərinə görə, son müddət ərzində gündə orta hesabla 430 qaçqın Myanmardan Banqladeş ərazisinə keçir.
Avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.APA
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...