İsraildə partlayış – 4 ölü, 5 yaralı – YENİLƏNİB

İsrailin Tel-Əviv şəhəri yaxınlığında inşaat materialları mağazasında baş verən partlayış nəticəsində 4 nəfər ölüb.
Astarainfo.az APA-ya istinadən  bildirir ki, bu barədə yerli televiziya xəbər verib.
Məlumata görə, xilasedicilər dağıntılar altından 4 nəfərin meyitini aşkar ediblər.
Bundan əvvəl hadisə nəticəsində xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri barədə hələ ki, məlumat verilmir. Hadisə yerində xilasedici əməliyyat davam edir.
***
İsrailin Tel-Əviv şəhəri yaxınlığında baş verən partlayış nəticəsində azı 5 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
“İndiyədək 5 nəfərə tibbi yardım göstərilib. Ağır yanıq xəsarətləri alan təxminən 40 yaşlı kişinin vəziyyəti ağırdır, digər 4 nəfər yüngül xəsarət alıb”, deyə tibb işçiləri bildirib.
İnsidentin inşaat materialları mağazasında baş verdiyi təsdiqlənib. Partlayışdan sonra güclü yanğın başlayıb, ticarət obyekti yerləşən bina qismən uçub. Hadisənin səbəbləri araşdırılır.