Azərbaycanda orta ixtisas təhsili ilə orta məktəblərdə dərs deyənlər daha çox ingilis dili müəllimləridir.
Astarainfo.az Trend-ə istinadən  məlumatına görə, dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində işləyən ingilis dili müəllimlərinin 21,6 faizi orta ixtisas təhsillidir.
Orta ixtisas təhsili ilə dərs deyən müəllimlərin siyahısında 2-ci yerdə informatika müəllimləri dayanır. Orta məktəblərdəki informatika müəllimlərinin 8,9 faizi orta ixtisas təhsili ilə bu fənni tədris edir.
Biologiya müəllimlərinin 2,6 faizi, rus dilində dərslər keçirilməyən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,9 faizi, rus dilində dərslər keçirilən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,5 faizi, ana dili və ədəbiyyat müəllimlərinin 1,3 faizinin təhsili orta ixtisas səviyyəsindədir.
Ümumilikdə 2016-cı ildə Azərbaycanın orta məktəblərində 155448 müəllim çalışıb ki, onların da 77,9 faizi qadındır. Müəllimlərin 20,3 faizi pedaqoji orta ixtisas təhsilli olub.