Türkiyə ordusu Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.
Bu barədə ölkənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazirin sözlərinə görə, hərbi əməliyyatların ən qısa zamanda başlayacağı istisna edilmir.

“Bu, sabah, yaxud daha tez baş verə bilər”, -deyə nazir jurnalistlərin suallarını cavablandıran deyib.

Qeyd edək ki, Afrində əməliyyatlar PKK terror təşkilatının Suriyadakı PYD qoluna qarşı yönəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da əməliyyatların başlayacağını istisna etməyib.Xezerxeber.az