«Yəmən uşaqların yaşaması üçün ən pis yerlərdən biridir, desək ədalətsiz olmarıq. Bu gün 1,1 milyon yəmənli uşaq kəskin humanitar yardıma möhtacdır». UNİCEF-in Yaxın Şərq və Afrika üzrə regional direktoru Gert Kappelere belə deyib.
Təşkilat bildirib ki, Yəməndə hər 10 dəqiqədən bir 1 uşaq qarşısı alına bilən xəstəlikdən həyatını itirir.
Yəmənin hərbi dəniz əməliyyatları Departamentinin direktoru müavini Anis Səmavinin sözlərinə görə,Səudiyyə Ərəbitstanının 3 həftəlik blokadasından sonra nəhayət Yəmənə tibbi yardım və un gətirilib: «Gəmidə 5500 ton un və həyati vacib məmulatlar var».
Bununla belə, BMT rəhbərləri bəyan edir ki, yardımın həcmi Yəmən xalqının ehtiyacı ilə düz gəlmir./faktxəbər