Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatında Partiyanın 25 illik yubileyi ilə əlaqədar gənclərlə görüş keçirilib.
Tədbirdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov, YAP Astara rayon gənclər təşkilatının sədri Tural Eyvazov, Astara rayon İcra hakimiyyəti hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, YAP Gənclər Birliyinin üzvü İsmət Quliyev və bir qrup fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açaraq əlamətdar hadisə münasibətilə partiyanın üzvlərini təbrik edib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaradılmasının tarixi hadisə olduğunu deyən F.Əhmədov bildirib ki, bu hadisə Azərbaycan üçün dönüş nöqtəsi oldu, qısa müddət ərzində Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi: “Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçib. Bu gün sıralarımızda 700 minə yaxın üzv vardır. Hazırda Yeni Azərbaycan Partiyası cəmiyyətin avanqard siyasi təşkilatı, beynəlxalq aləmdə böyük nüfuza malik olan bir qüvvədir. Partiya öz Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətin etimadını doğruldur və ölkə qarşısında duran problemlərin həllində yaxından iştirak edir. Məhz bu səbəbdəndir ki, bu gün yüz minlərlə insan taleyini partiya ilə bağlayır”.
Sonra YAP rayon gənclər təşkilatının sədri Tural Eyvazov, Astara rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov çıxış edərək bildiriblər ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Onların sözlərinə görə, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev Öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub. Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Biz əminik ki, bütün Astaralılar bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Sonra “Astara”qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxış edərək bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı Yeni Azərbaycan Prtiyasının uğurlu inkişafını Azərbaycan mətbuatında da açıq-aydın görmək olur. Baş redaktor vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı böyük inkişaf yoluna çıxarıb.Fəridə Söhrabqızı qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasını həyatımızın bütün sahələrində açıq-aydın hiss olunur.
Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində rayonumuzun siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri qazlaşdırılmış, yaşayış məntəqələri içməli su ilə təmin olunmuş, rabitə sistemi yüksək səviyyədə qurulmuş və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır.
Regionlarda ən müasir tələblərə cavab verən yeni iş yerlərinin açılması, qeyri-neft sektorunun inkşafı, daha çox valyuta gətirən strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün bütün imkanlardan isatifadə edilməsi əhalinin məşğulluğunu daha da artırmışdır.
Sonda rayon təşkilatının sədri Firudin Əhmədov ölkəmizdə dövlət gənclər siyasəti sahəsində görülən işlərdən, gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq bildirilib ki, ümummilli lider Heydər Əliyev daim gənclərə böyük qayğı göstərib, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Azərbaycanda hər zaman gənclərin yaxşı yaşamaları, təhsil almaları, normal əmək fəaliyyəti göstərmələri üçün müxtəlif dövlət proqramları həyata keçirilib. Bu gün də Azərbaycan dövlətinin siyasətində gənclərlə iş prioritet istiqamətlərdən biridir.
Astarainfo.az