AFFA “Qarabağ”ı cərimələdi – Səbəbi isə…

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu cərimələyib.

 Astarainfo.az Metbuat.az-a istinadən  xəbər verir ki, buna Ağdam komandasının 4 futbolçusunun “Zirə” ilə AzərbaycanPremyer Liqasının XIII tur matçında sarı vərəqə alması səbəb olub.
Qərara əsasən, kluba 800 manat cərimə kəsilib. Səfər oyunu “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu, İntizam Komitəsinin Premyer Liqanın ötən turu ilə bağlı tətbiq etdiyi yeganə cəza olub.