Bu günlərdə dünya təcrübəsində ilk dəfə ölkə cərrahları virtual reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını həyata keçiriblər.
 Astarainfo.az XəzərXəbər-ə istinadən  məlumat verir ki, Azərbaycan Tibb Universitetində proffessor Çingiz Rəhimovun rəhbərlik etdiyi alim və mütəxəssis qrupu ən müasir rəqəmli texnologiyaların istifadəsi metodlarını rekonstruktiv cərrahiyyədə istifadəsinə başlayıb.
“Bu metod, digər əməliyyatların aparılmasında bəzi inkişaf etmiş dövlətlərdə o cümlədən ABŞ, Çin və digər ölkələrdə tətbiq edilir. Bu üsul cərrahi əməliyyatı daha dəqiq aparmağa, onun vaxtının xeyli azaltmağa, toxumaların zədələnməsinin minimuma endirilməsinə, eləcədə yüksək funksional və estetik nəticələrin əldə edilməsinə imkan yaradır. Dünya təcrübəsində ilk dəfə reallaşdırılan bu əməliyyat uğurla nəticələnib”.