İslamabadda məscid qarşısında atışma – ölən və yaralılar var

Pakistanın paytaxtı İslamabadda ölümlə nəticələnən silahlı insident baş verib.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, bir neçə naməlum motosikletçi məscidin qarşısında insanlara atəş açıb.
Hadisə nəticəsində 2 nəfər ölüb, 4-ü xəsarət alıb.
“Daily Pakistan” qəzetinin xəbərinə görə, cinayət şəxsi düşmənçilik zəminində törədilib. Hədəfdə isə Pakistan kəşfiyyat bürosunun əməkdaşı olduğu bildirilir.