Payızın özü ilə gətirdiyi bəla – Necə qurtulmalı?

Payız mövsümündə insanlarda nevroloji və psixoloji simptomlar daha çox müşahidə edilir.
Payız mövsümündə hava şəraitinin dəyişməsi əhval-ruhiyyəmizlə bərabər sağlamlığımıza da təsir edir. Daha çox xroniki yorğunluq, istəksizlik, yuxu ritminin pozulması və gərginlik tipli başağrıları ilə özünü göstərən nevroloji və psixoloji simptomlar təzahür edir. Bəs nə etməli?
Nevroloq Rima İbadovanın AzNews.az-a verdiyi məlumata görə, şəxs xaraktercə depresiyaya yaxındırsa, payız mövsümündə depresiyaya girmə ehtimalı daha yüksəkdir:
 “Bəzən daha ciddi problemlər payız yorğunluğu ilə qarışa bilər ki, bunlardan tiroid problemləri, hipovitaminoz (xüsusən D, B12 vitamin əksikliyi), anemiya, ürək-damar problemləri, hipoqlikemiya, insulin rezistentliyi və s. daha genişdir. Yuxu rejiminə doğru riayət etməklə, mövsümi bol vitaminli qidalardan istifadə etməklə, irəli yaşlarda şəkər, təzyiq, xolesterin, qanın yüksək laxtalanması kimi risk faktorlarına ciddi nəzarət etməklə və ən nəhayət, sevdiklərinzin əhatəsində sevdiyiniz işlə məşğul olmaqla payız yorğunluğu və depresiyasından, onun yarada biləcəyi fəsadlardan qoruna bilərsiniz”
İstənilən halda, xroniki yorğunluq, ağrı hiss edən zaman həkiminlə məsləhətləşməniz tövsiyə edilir.