“Hazırda ölkədə iri müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur. Bu prosesə xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir”.
Astarainfo.az Xezerxeber.az-ın məlumatına görə, bu fikirlər Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi çərçivəsində keçirilən “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusundakı konfransda səsləndirilib. Beynəlxalq konfransda 10-dan artıq xarici ölkənin dövlət qurumlarının, eləcə də xarici ölkələrin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi iştirak edib. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxış edərək bildirib ki, konfransın məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən ölkədə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Qeyd edilib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.
Azərbaycanda investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması təmin edilib. Bunun nəticəsində də xarici ölkələrin ivestorları da Azərbaycandakı özəlləşdirmədə iştirak ediblər.
Qeyd edilib ki, xarici ölkələrin Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinə də marağı böyükdür. Bunu sərgidə nümayiş etdirilən stendlərdən də görmək mümkündür. Konfrans çərçivəsində ölkədə həyata keçirilən özəlləşmə prosesi barədə təqdimat olub, özəlləşməyə çıxarılan müəssisələrin investisiya portfelləri, biznes perspektivləri, maliyyə və iqtisadi durumu nümayiş etdirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...