Xərçəng xəstəliyinin yayılması o qədər sürətlənib ki, hazırda bu xəstəliklə mübarizə aparan şəxslərin sayı yüzlərlədir.
Xərçəng xəstəsi qədər onun ailə üzvləri də əziyyət çəkir. Belə ki, yaxınları xəstəni tez-tez həkimə aparır, qulluq edir. Xüsusən ən ağır – son mərhələdə olan xəstələri həkimlər evə buraxır və evdə qalmasını məsləhət görür. O zaman ailə üzvləri xəstəyə daha yaxın olur, daha çox qayğı göstərir, əzizləyir. Bir çox ailələr, imkanı varsa, xüsusi baxıcı tutur, imkanı olmayanlar isə vaxt və güclərini xəstəyə qulluğa sərf edirlər. Amma çox insanları bir sual narahat edir: görəsən xəstə adamdan digər adama xərçəngin ötürülməsi, yoluxdurulması mümkündürmü?
 Medicina.az Xərçəngin yoluxucu olub-olmamasıyla bağlı araşdırma aparıb.
Məlum olub ki, onkoloqlar xərçəng xəstələrinin ailə üzvlərinə bunun keçici olmadığı cavabını verib, onları arxayınlaşdırır. Həqiqətən də, həkimlər, xəstəxanadakı tibb bacıları onkoloji xəstələrdən qorunmur və yoluxmurlar da. Tibdə bu xəstəliyin ötürülməsi ilə bağlı sübut və faktlar yoxdur. Amma elə viruslar var ki, zəif immunitetli insanlara keçərsə, onda xərçəng xəstəliyini oyada bilər. Məsələn: mədə-bağırsaq xərçəngi olan insanla mədə-bağırsaq xorası olan insanın öpüşməsi təhlükəlidir. Yəni mədə xərçəngi olan nənəni mədəsində xora olan zəif bir nəvənin tez-tez öpməsi təhlükəli ola bilər. Çünki mədə xərçəngini Helikobakter adlı mikrob törədir. Sağlam mədə qişası və güclü immuniteti olan insan üçün bu mikrob təhlükə yaratmır. Amma zəif mədədə bu mikrob iltihab yaradır ki, bu da zamanla xərçəngə çevrilir. Bu mikrob tüpürcək suyu ilə digər adama keçə bilər.
Bundan başqa, Hepatit C və B də qaraciyər xərçəngində rol oynayır. Bu virusa qan və cinsi yolla yoluxmaq olar. Ona görə evdə qaraciyər serrozu, xərçəngi olan ailə üzvü varsa, iynə vurarkən, həmin adamın yarasını təmizləyərkən maksimum qorunmaq lazımdır.
 Daha bir vacib məqam isə odur ki, qadınlarda uşaqlıq boynu xərçəngini papilloma virusları yaradır. Planetin hər 5 qadınından biri bu virusa imtim əlaqə yolu ilə yoluxur. Papilloma virusu aktiv çoxalır, immun sistemini pozur, uzun müddətdən sonra xərçəngə çevrilə bilir. Qoruyucu vasitələr bu virusdan qorumaqda zəifdir. Ona görə bu gün uşaqlıq boynu xərçəngindən peyvənd olunması ciddi təbliğ olunur və 10-23 yaş arası bütün qızlara olunmalıdır. Papillomaya yoluxduqdan sonra peyvəndin vurulması mənasızdır.medicina.az