Bu ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə (İnsanda İmmunçatışmazlığı Virusu) yoluxma faktı 437 nəfərdə təsdiqlənib.
Səhiyyə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, onlardan 431-i (98,6%) Azərbaycan vətəndaşı, 6 nəfəri (1,4%) isə əcnəbidir. Qeydiyyata alınmış 431 Azərbaycan vətəndaşından 275-i (63,8%) kişi, 156-si (36,2%) qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanların sayı, 50 nəfər təşkil edib.
Ümumilikdə 2017-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 71,4%-i (3962) kişi, 28,6%-i (1587) qadındır. QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfər olub. QİÇS mərhələsində olanlar 1452 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 861 nəfərdir.
İİV-lə yaşayan insanlardan 43,8%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6%-də heteroseksual, 2,5%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə baş verib. 7,3% -də yoluxma yolu müəyyən edilməyib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...