Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər ağır və orta ağır dərəcəli xəsarət alıb.
  Qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran sakini Rəhimova Kükəb Həbib qızı, 1968-ci il təvəllüdlü Biləsuvar sakini Qasımova Maral İnşaallah qızı, Masallı rayon Qızılağac kənd sakini 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.
Qəzada xəsarət alan Qızılağac sakini 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızının vəziyyəti isə ağırdır. Qəzada yüngül xəsarət alan digər 4 nəfərə ambulator yardım göstərilib.
***
saat 13.07
Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla “Pajero” markalı minik avtomobili toqquşub.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər yaralanıb.
Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.APA