Salyanda baş verən yanğında 2 azyaşlı ölüb
Bu gün səhər saatlarında Salyan rayonu Şorsulu kənd sakini, Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın baş verib.
Apa-nın Mil-Muğan bürosunun məlumatına görə, yanğın nəticəsində 2 azyaşlı – 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və onun bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.
Faktla bağlı araşdırma aparılır.