Astarainfo.az xəbər verir ki, dekabrın 3-də “Astara Limu Forest”restoranında  qış mövsümünün açılışı olub. Restoran öz müştərilərinə geniş seçim imkanları və müxtəlif çeşidli menyü təklif edir. Burada hər bir kəs istər milli, istər dünya, istərsə də  Avropa mətbəxinin ləziz nemətlərindən dada bilər və  Astaranın tanınmış simalarının ifasını dinləyə bilərlər.
200 nəfərlik ailəvi restoran – “Limu Forest”   yüksək səviyyəli xidmət, canlı musiqi, ləziz yeməklər, özünəməxsus, orijinal dizayn buranı hər kəs üçün cəlbedici bir məkana çevirir. Yerli, türk və Avropa mətbəxinin təamları, müxtəlif şirniyyat və spirtsiz içkilər qonaqların xoşuna gələcək. Düz dəniz qırağında yerləşən Mərkəzin eyvanından gözəl mənzərə izləmək, üstəlik bunu sanki bir meşədə otururmuş kimi etmək şansı hər dəfə ələ düşməyə bilər. Azərbaycanın cənub qapısı olan Astara şəhərinin əhalisinin bura elə ilk gündən axın etməsi, təqdim edilən xidmətlərdən yararlanaraq razılığını ifadə etməsi görülən işlərin keyfiyyətindən xəbər verir. Həmçinin “Limuland” Əyləncə Mərkəzində yalnız yerli sakinlərdən təşkil olunan 40 nəfərlik personalın çalışması, həm də regionlarda yeni iş yerlərinin açılması, buradakı əhalinin rifahının yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Hər zaman “Limu Forest”in bütün xidmətlərindən  yararlanmaq mümkündür. Maraqlı dizayn və təqdim etdiyi xidmətlər baxımından şəhər mərkəzində yerləşən əyləncə məkanı  “Limu Forest” orijinallığı ilə də fərqlənir. Odur ki, “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” prinsipinə sadiq qalaraq  ziyarət edib bütün xidmətlərdən sərfəli şərtlərlə yararlanmağa tələsin.
Astarainfo.az