Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Azərbaycan Milli Məclisinin 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, parlamentin sonuncu plenar iclası dekabrın 29-da olacaq.
Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq.
Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclası dekabrın 1-də keçirilib.