Ani qorxmaqla şəkər xəstəliyinə tutulmaq olar?

Bu yaxınlarda Türkiyə mediası 8 yaşlı uşağın valideynlərindən qorxması nəticəsində şəkər xəstəliyinə tutulması haqda məlumat yayıb. Bu xəbər ictimaiyyətdə narahatlıqla qarşılanıb.
Astarainfo.az Day.Az -a istinadən bildirir ki, həkim-endokrinoloq Nadira Ağazadə belə xəstəliklərin irsən keçdiyini deyib: “Belə hallar baş verə bilər,amma burada irsi faktorun rolu böyükdür. Yəqin ki, həmin uşağın ana-atasında, birinci dərəcəli qohumlarında şəkərli diabet olub və nəticədə uşaqda da həmin xəstəlik əmələ gəlib. Anidən qorxmaqla heç kim şəkər xəstəliyinə tutulmur”.
Uşaq endokrinoloqu İlsur Novruzov da bildirib ki, uşaqlarda şəkər xəstəliyi qəfildən yarana bilməz: “Ola bilsin ki, həmin uşaq şəkər xəstəliyini gizli şəkildə yaşayıb. Sadəcə, qorxu, stress xəstəliyin əlamətlərinin üzə çıxma prosesini sürətləndirib”.