Astarainfo.az xəbər verir ki, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən dekabrın 5-də Astara rayon Mərkəzi Kitabxanasında XVIII əsrin görkəmli şairi və ictimai xadimi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar poeziya gecəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Astara rayon MKS-nin direktoru Tural Eyvazov açaraq, qeyd etmişdir ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoyub.
Vaqif irsinin azərbaycançılıq məfkurəsi işığında daha dərindən araşdırılıb öyrənilməsi bu gün də aktuallığını qoruyan və həllini gözləyən mühüm məsələlərdən biri olduğunu qeyd edən T.Eyvazov M.P.Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən söz açmışdır.
Tədbirdə Metodika və Biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova şairin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib. Qeyd olunmuşdur ki, Vaqif klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri sırasında özünəməxsus yer tutan bir şairdir. O, həm böyük şair, həm də siyasi xadim kimi geniş şöhrət qazanmışdır. Vaqif eyni zamanda yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Оnun yaradıcılığında məhəbbət lirikası əsas yеr tutur. Klassik şеrimizin əsas mövzusu оlan gözəllik şairin lirik qоşmalarında yеni bir məna, yеni bir təravət kəsb еdir. Aşıq şеrimizdən gələn yüksək dünyəvilik Vaqif lirikasında istiqamətvеrici rоl оynayır. Оnun qələmə aldığı gözəllər bütün xarici məlahəti və daxili zənginliyi ilə təsvir еdilir.
Kitabxanaçılardan Aysel Əhmədova, Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı orta məktəbin şagirdi Amirə Hüseynova və digərləri çıxışlarında dahi şairin öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını, onun bənzərsiz poeziya nümunələrinin ədəbiyyatımızın yeni istiqamətdə inkişafına böyük təsir göstərdiyini bildirmişlər.Tədbirdə məktəblilərin ifasında şairin şeirlərinə yazılmış mahnılar səsləndi, təcnis və qoşmalar dinlənildi.
Sonda tədbir iştirakçıları böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi ilə əlaqədar təşkil olunmuş kitab sərgisiylə tanış oldular.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...