Astara dövlət yol polis bölməsinin əməkdaşları axşam saatlarında sərxoş halda avtomobil idarə edib həm özünün, həm də digərlərinin həyatını təhlükəyə atan sürücülərə qarşı reyd keçirib. Yoxlamalar zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. 50 sürücü barəsində ısə protokol tərtib edilib.
Sərxoş sürücü polislə razılaşmır. Qaydanı pozan bu sürücü isə avtomobilin açarını polisə vermək istəmir.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşlar şəhər ərazsində və Artopa kəndində sərxoş sürüclərə qarşı reyd keçirib.
Qaydaları pozan və sərxoş halda sükan arxasına keçən sürücülər cərimələnib.
Reyd zamanı polisin saxla əmrinə tabesizlik göstərərək aradan çıxmağa çalışan, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər aşkarlanıb.
Yoxlamalar zamanı 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. 50 sürücü barəsində isə protokol tərtib edilib. Reydlər davam etdiriləcək.Xezerxeber.az