Azərbaycan Prezident İlham Əliyev Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Astarainfo.az“Report”-a istinadən xəbər verir ki, bununla bağlı Məcəllənin 9-cu (Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ) maddəsinə edilən əlavəyə əsasən, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda-məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək onların ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycana gəlməsinin müvəqqəti məhdudlaşdırılması qaydasında da əskini tapıb.
Cinayət Məcəlləsinə əsasən, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağını təkbaşına böyüdən kişilərlə bağlı cəzanın çəkilməsini təxirə sala bilər.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...