Mixeil Saakaşvili Kiyevdə binanın damına çıxıb, intihar edəcəyini deyib – FOTO – VİDEO – YENİLƏNİB

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilini evinin damında saxlayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun silahdaşları bildiriblər.
Qeyd olunur ki, güc strukturu əməkdaşları onun evinin damının kənarından geri çəkib.
Bundan başqa, M.Saakaşvilinin silahdaşları ilə xüsusi təyinatlı dəstənin əsgərləri arasında siyasətçinin Kiyevin mərkəzindəki evinin yaxınlığında qarşıdurma yaşanıb.

***11:46

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin evində axtarış həyata keçirir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, axtarış vaxtı Saakaşvili evinin damına çıxıb və etiraz olaraq özünü yerə atacağınə deyib.

“İndi Saakaşvili damdadır və hüquq-mühafizə orqanları əməkdaşları olduğu güman edilən şəxslərlə danışıqlar aparır. Səs-küy gəlir. Siyasətçi ona toxunacaqları təqdirdə damdan aşağı hoppanacağını deyir”, – Ukraynanın “1+1” telekanalı məlumat verib.

Telekanalın bildirdiyinə görə, Saakaşvilini saxlamağa çalışıblar.