Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər son mərhələdədir. Moskvada keçirilən xəzəryanı ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra rusiyalı nazir Sergey Lavrov bildirib ki, yekun sənədin mətni hazırdır və konvensiyanın xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci sammitində imzalana bilər.
Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyada açıq qalan bütün əsas məsələlərlə bağlı nəticə əldə edilib.
Sergey Lavrovun sözlərinə görə konvensiyanin mətni faktiki olaraq hazırdır. Sənədin redaktə işləri, milli dillərə tərcüməsi və hər bir ölkənin daxilində onun yüksək səviyyədə imzalanmasina hazirliq işləri aparılacaq. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində Qazaxıstanda imzalanacaq. Sənəd üzərində son texniki və hüquqi işlərin yekunlaşmasından sonra Sammitin vaxti barədə son qərar Qazaxıstan rəhbərliyi tərəfindən veriləcək.
Lavrov qeyd edib ki, gələn il Xəzər dənizində xəzəryanı ölkələrin birgə təlimlərinin keçirilməsi planlaşdırılır.
Görüşdə iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov vurğulayıb ki, Xəzərin statusu ilə bağlı bütün görüşlər mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafi, Xəzər regionunun çiçəklənməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Nazir qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, beynəlxalq təməl prinsiplər əsasında həlli vacibdir.
Elmar Məmmədyarov Xəzər dənizinin hüquqi statusu haqqinda Konvensiyanin tezliklə imzalanmasının digər istiqamətlərdə işləri də sürətləndirəcək. Buna Xəzərin ekosisteminin mühafizə olunmasi bioloji ehtiyyatların daha səmərəli istifadə olunması kimi məsələlr daxildir.