Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları 10 nəfərin həyatına son qoyub.Astarainfo.az Lent.az-a istinadən xəbər verir ki, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ötən gecə ən dəhşətli qəza Bakının Qaradağ rayonunda – Xacasən-Lökbatan yolunda qeydə alınıb. Burada “Mercedes 190” markalı minik avtomobilinin yük maşınına çırpılması 2-si azyaşlı olmaqla, 5 nəfərin ölümünə səbəb olub. Sumqayıtda isə “Hyundai” markalı avtomobil 2 qadını vuraraq öldürüb.
Bərdədə ölümlə nəticələnən 2 yol qəzası baş verib. Burada “Mazda” markalı avtomobil 67 yaşlı kişini vurub öldürüb. Bəhramtəpə-Mingəçevir yolunun bu rayondan keçən hissəsində isə “Vaz 21012″nin aşması qadın sərnişinin ölümü ilə nəticələnib.
Digər ölümlə nəticələnən yol qəzası Bakının Nizami rayonunda qeydə alınıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...