Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzaları 10 nəfərin həyatına son qoyub.Astarainfo.az  Lent.az-a istinadən xəbər verir ki, gün ərzində ümumilikdə 9 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə vəfat edən şəxslərdən başqa, daha 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ötən gecə ən dəhşətli qəza Bakının Qaradağ rayonunda – Xacasən-Lökbatan yolunda qeydə alınıb. Burada “Mercedes 190” markalı minik avtomobilinin yük maşınına çırpılması 2-si azyaşlı olmaqla, 5 nəfərin ölümünə səbəb olub. Sumqayıtda isə “Hyundai” markalı avtomobil 2 qadını vuraraq öldürüb.
Bərdədə ölümlə nəticələnən 2 yol qəzası baş verib. Burada “Mazda” markalı avtomobil 67 yaşlı kişini vurub öldürüb. Bəhramtəpə-Mingəçevir yolunun bu rayondan keçən hissəsində isə “Vaz 21012″nin aşması qadın sərnişinin ölümü ilə nəticələnib.
Digər ölümlə nəticələnən yol qəzası Bakının Nizami rayonunda qeydə alınıb.