Qüdsün İsrail paytaxtı kimi tanınması dinlərarası toqquşmaya gətirib çıxara bilər.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.
B.Yıldırım qeyd edib ki, ABŞ Qüdsü İsrail paytaxtı kimi tanımamalıdır: “Bu, beynəlxalq hüquqa ziddir”.
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların Qüdsü İsrail Dövlətinin paytaxtı kimi tanıyacağı təqdirdə rəsmi Ankaranın Təl-Əvivlə dipliomatik münasibətləri kəsə biləcəyini bəyan edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Qüdsü İsrailin paytaxtı kimi tanımaq niyyəti olduğunu bəyan etmişdi. Seçkiqabağı kampaniya zamanı isə o, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini vəd etmişdi.xezerxeber