Astaranın ucqar dağ kəndlərinə mövsümün ilk qarı yağıb-VİDEO

Astarainfo.az xəbər verir ki, Astaranın ucqar dağ kəndlərinə mövsümün ilk qarı yağıb.
Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağarəhim Abdulovdan aldığımız məlumata görə dekabrın 6-ı axşamdan  başlayan qar hal-hazırda da davam edir. Qarın qalınlığı 25-50 santimetr arasındadır.
İcra nümayəndəsi qeyd etmişdir ki, intensiv davam edən qar  ciddi fəsadlar törətməmişdir.Rayon mərkəzinə gediş-gəliş hələki vardır. O bildirmişdir ki, əgər sabahadək qarın yağması eyni qayda ilə davam edərsə yolların təmizlənməsi üçün  texnikalar cəlb olunmalıdır.
Qeyd edək ki, Hamoşam kəndi dəniz səviyyəsindən 900-1800 metr yüksəklikdə yerləşir.
Astarainfo.az