Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.
A. Cəfərov son söz deməkdən imtina edib.
Bundan sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, A. Cəfərov ömürlük azadlıqdan məhrum edilib.
***
16:49
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istinaqının tamamlandığı elan edilib.
Sonra prokuror Fəhmin Hümbətov çıxış edərək, təqsirləndirilən şəxsin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib. O, A. Cəfərovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda məhkəmə iclası davam etdirilir.
***
12:15
Qətldə təqsirləndirilən Azər Cəfərovun barəsində təyin edilən psixiatrik ekspertizanın rəyi məlum olub.
APA-nın məlumatına görə, rəydə göstərilib ki, A. Cəfərov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub.
Qeyd edək ki, A. Cəfərovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Xatırladaq ki, bu il aprelin 2-də Keşlə qəsəbəsində Fəridə Qasımovanın meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.
Onun idarə etdiyi “BMW” markalı avtomobildə L. Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb.