ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı ilə eyni anda Şərqi qüdsdəki Məscid-i Aksanın və xristian inancına görə Həzrəti İsanın anadan olduğu yer sayılan İordan çayının qərb sahilindəki Məhd Kilsəsi meydanındakı Noel ağacının işıqları söndürülüb.

Lent.az Anadolu agentliyinə istinadla xəbər verir ki, Məscid-i Aksanın işıqlarının söndürülməsi ilə bağlı Qüds İslam Vəqfləri İdarəsindən heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Məscid-i Aksa müsəlmanların üçüncü müqəddəs ibadət yeri kimi qəbul edilir.